Akademik Musiqili Teatrda ənənəvi mükafatlandırma olacaq – Foto

  • 11 İyn - 2019

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümü başa çatmaq üzrədir. Bu münasibətlə 4 iyul tarixində teatrda təntənəli mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, kollektivdə xüsusi yaradıcılıq fəaliyyəti ilə seçilən əməkdaşların mövsümün sonunda mükafatlandırılması Musiqili Teatrda artıq ənənəyə çevrilib. Bu dəfə də “Mövsümün sevilən aktrisası”, “Mövsümün sevilən aktyoru”, “Mövsümün ən məhsuldar aktyoru”, Mövsümün ən məhsuldar aktrisası”, “Mövsümün perespektivli aktyoru”, “Mövsümün perespektivli aktrisası”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi”, “Mövsümün ən işgüzar əməkdaşı”, “Mövsümün ən yaxşı tamaşası”, “Teatrın dostu” və başqa nominasiyalar üzrə qaliblər bəlli olacaq, onlara xüsusi prizlər və pul mükafatları veriləcək. 

Mərasimdə həmçinin mövsümün seçilən aktyorlarına Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına "Büllur alma” mükafatı da təqdim ediləcək.

Avropa.info


Oxunma sayı: 341

Oxşar yazılar