Türkiyə ordusu daha 10 PKK-lını məhv etdi - Öldürülənlər arasında adı "boz siyahı"da olanlar da var

  • 11 İyn - 2019

9 iyunda PKK/YPG terror təşkilatının Suriyanın  Tel Rıfat rayonunda Afrinə qarşı həyata keçirdiyi terror aktından sonra regionda yerləri müəyyən edilənn terrorçulardan 10 nəfəri öldürülüb. 

Avropa.info xəbər verir ki, Türkiyə MN-nin yaydığı bəyanatda yerləri müəyyən edilən terrorçuların intensiv atəşə tutulduğunu, bu atışlar nəticəsində terrorçuların zərərsizləşdirildiyi, şəhid və yaral türk əsgərlərinin qanının yerdə qalmadığı bildirilir. 

Müdafiə Nazirliyi eyni zamanda İraqın şimalında yerləşən Hakurk bölgəsində koordinasiyalı şəkildə davam edən "Pəncə əməliyyatı"  ilə yanaşı Zap və Metina bölgələrində aparılan əməliyyatla bağlı məlumat yayıb. 

Hava reydləri zamanı terror təşkilatına məxsus blokpost, bunker və sursat anbarları vurulub.  

Diyarbəkirdə zərərsizləşdirilən terrorçulardan daha birinin "boz siyahı"da olduğu müəyyən edilib. 

3 iyunda Diyarbəkirin Licə bölgəsində aparılan əməliyyat zamanı 5 terrorçudan birinin "Axtarılan terrorçular siyahısı"nda başına 300 min türk lirəsi qoyulmuş, "boz siyahı"da olan terrorçunun olduğu müəyyən edilib. Zərərsizləşdiriln terrorçu Rızqar Torhildan kod adlı Fəlat Kocakayadır. 

Qeyd edək ki, adı "boz siyahı"da olan Zinar kod adlı Yusuf Kareyan daha əvvəl məhv edilmişdi. 


Oxunma sayı: 308

Oxşar yazılar