Son dəqiqə : FETÖ lideri Fətullah Gülən intihara cəhd etdi iddiası (Foto)

  • 11 İyn - 2019

Türkiyəli jurnalist Fuad Uğur "Fətullah Gülən niyə intihara cəhd etdi?" yazısında FETÖ liderinin əsas adamlarından biri Mustafa Özcanla razılığa gələ bilmədiyini, amma xilas olunduğunu iddia edib. Jurnalist iddiasının sübutu kimi şişmiş əlin fotosunu paylaşıb.

Avropa.info xəbər verir ki, jurnalist FETÖ daxilində Gülənin ən güclü adamı kimi göstərilən Mustafa Özcanın Gülənin təmiatlarına qulaq asmadığını, Ramazan ayından əvvəl mübahisə etdiklərini yazıb. Mübahisə zamanı Gülən özünü öldürməklə hədələyib.

"ABŞ kəşfiyyatının və qlobal Qərbin FETÖ daxilindən ən dərin və etibarlı adamı olan Mustafa Özcan göstəriş alan kimi Fətullah Gülənin yazılı formada diktə etdiyi təlimatları dəyişdirməyə və onlar üzərində oyun qurmağa başladı. Ancaq Fətullah Gülənin Bamteli adı ilə yayımlanan video çıxışlarının məzmunu ilə verilən mesajlar ziddiyyət təşkil etməyə başladı. Pensilvaniyadakı "məbəd"ə gedən üzvlər bu halı Fətullah Gülənə çatdırdılar. 

Gülən Mustafa Özcanı yanına çağıraraq hesab soruşdu. Maraqlıdır ki, Mustafa Özcan bu dəfə gizlətmədi, yalan demədi, birbaşa "Bundan sonra prosesi biz idarə edəcəyik" dedi.

Qarşıdurma Ramazan ayından əvvəl baş vermişdi. Fətullah Gülən vəziyyətin nəzarətdən çıxacağını anlayınca son kozırından istifadə etdi. Ölümünün təşkilatın dağılması mənasına gələcəyini çox yaxşı bildiyindən Mustafa Özcanı ölümlə hədələdi. Bunu daha əvvəl də etmişdi. MKİ-yə intihar edəcəyini çatdırmışdı. Ancaq Mustafa Özcan bu sözləri şantaj kimi qəbul etdi və ciddiyə almadı. Bu hadisədən sonra Bamteli adlı Fətullah Gülən çıxışlarının da yayımı kəsildi. 

Şəbəkəni həm daxildəki mənbələrdən, həm də xaricdən izləyən Ümid Akdemir Bamtelinin yayımının dayandırılmasından şübhələnib izə düşdü. Son nəticədə mənbələr Ümidə yuxarıda yazılanlar haqda məlumat verdi.

Ancaq son məlumat inanılmazdı. Fətullah Gülən dediyini etmiş və intihar etmişdi. Ancaq xilas edilmişdi. Ümidə çatdırılan aşağıdakı fotoda intihardan xilas edilən Fətullah Gülənin əlidir. Serum vurulmuş və uzun müddət belə qaldığına görə göyərmiş əl".

Ümid Akdemir Fetö liderinin gündə naməlum sayda çoxlu dərmandan istifadə edərək intihara təşəbbüs etdiyini təxmin edir. Lakin Fətullahın intihar cəhdi fərq edildi və müdaxilə olundu. Ramazan ayı bu səbəblə susqunluqla keçdi.

Xeyli fasilədən sonra Fətullah Gülənin ilk Bamteli çıxışı Ramazan bayramı münasibətilə yayımlandı. Adətən 35-40 dəqiqə davam edən çıxış cəmi 5-6 dəqiqə çəkdi. Bu Fətullah Gülən efirə düm ağ paltarda çıxmışdı.

Gülənin kəfən kimi ağ paltarla efirə çıxması Mustafa Özcana mesaj idi:

"Hər an özümü öldürə bilərəm, şəbəkə dağılar və heç nə edə bilməzsiniz".

Çıxışını dinlədiyinizdə zatən baş verənləri şifrsiz, açıq və dəqiq şəkildə nələr edəcəyini eşidə bilərdiniz:

"Bu Ramazan özümdən gedib sənə qulluğumu göstərə bilmədim. Qəflətdə keçdi. Bir daha belə Ramazan olar olmazmı, bir daha olarsa da namaz qılacaq qədər səhhətimiz yerində olarmı, bilmirəm. 

Torpağın altındamı olarıq, ya üstündə, o veriləcək qərara zərrə qədər etirazmız yoxdur. Baş  üstünə deyərik. Görəsən biz gedincə yaxşımı olar, pismi olar onu bilmədiyimdən dolayı bəzi böyüklərimiz də belə deyir: Əgər həyatın xeyirlidirsə, bir işə yarayırsa, sən yaşad. Vəfatım xeyirlidirsən sən əmanətini al".

Avropa.info

 


Oxunma sayı: 836

Oxşar yazılar