Sumqayıtda Cəlilabad sakini bıçaqlandı, xəstəxanada öldü
- 15:00 - 11 İyun
Sumqayıtda bıçaqlanma hadisəsi olub.
Avropa.info xəbər verir ki, şəhər prokurorluğundan oxu.az-a verilən məlumata görə, hadisə bu gün Sumqayıtda - 1-ci mikrorayon ərazisində qeydə alınıb.
24 yaşlı Cəlilabad rayon sakini Faiq Füzuli oğlu Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Gənc xəstəxanada ölüb.
4-cü Polis Bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Sahib Rasim oğlu Nadirovu saxlayıblar. Hazırda saxlanılan şəxs istintaqa ifadə verir.
Cinayətin səbəbləri hələlik aydınlaşdırılmayıb.