Azərbaycan "Maarifçi Qadınlar" İctimai Birliyi Türkiyədə tədbir keçirdi – Foto

  • 11 İyn - 2019

Azərbaycan "Maarifçi Qadınlar" İctimai Birliyi dövlət qeydiyyatına alındığı 2013-cü ildən etibarən təhsili millətin bu günü, sabahı, ümumiyyətlə gələcəyi hesab edərək ardıcıl olaraq layihələr həyata keçirir. 

Təhsil sahəsində hər il həyata keçirtdikləri layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir. 2019-cu ildə "Maarifçi Qadınlar" İctimai Birliyi "Türkiyədə yaşayan, Azərbaycan vətəndaşı olan əməkçi miqrantların təhsildən kənarda qalan məktəbyaşlı uşaqlarının təhsilə cəlb edilməsi" adlı layihənin qalibi olub. 

Layihə ilə bağlı "Qüvvət elmdədir, başqa cür keç kəs, heç kəsə üstünlük eyləyə bilməz" adlı ilk tədbir də 25 may 2019-cu ildə, saat 15:00-da Sultanqazidə yaşayan vətəndaşlarımız üçün keçirilib. Tədbirdə 30-dan artıq vətəndaşımız iştirak edib. 

İkinci tədbir 26 may 2019-cu ildə, saat 15:00-da Qaradəniz məhəlləsində yaşayan vətəndaşlarımız üçün keçirilib. Onların bir qrupu (30 nəfərdən artıq) saat 15:00-da toplantıya qatılıblar, digər 30 nəfərdən artıq bir qrup isə iş saatları ilə əlaqədar olaraq saat 17:00-da toplaşıblar. 26 mayda 60-a yaxın Azərbaycan vətəndaşı aidiyyəti üzrə maarifləndirilib. 

Layihə ilə əlaqəli üçüncü toplantı 01 iyun 2019-cu il tarixdə Bayrampaşa bələdiyyəsinin toplantı salonunda keçirilib. Tədbirdə əsasən Bayrampaşa mərkəz və Qartaltəpədə yaşan vətəndaşlarımız iştirak ediblər. Tədbirdə 100-ə yaxın vətəndaşımız iştirak edirdi. Keçirilən tədbirlərin hər birində məqsəd Vətəndən ayrı düşmüş, qardaş Türkiyə Cumhuriyyətində əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın təhsil almaq imkanından məhrum olmuş məktəb yaşlı uşaqlarını təhsilə cəlb etməkdir. 

Layihə rəhbəri,"Maarifçi Qadınlar" İctimai Birliyinin sədri Şərqiyyə Məmmədova hər üç tədbirdə soydaşlarımıza çağırış edib: "Ən dəyərli varlığımız olan, Vətənimzin və millətimizin gələcəyi hesab etdiyimiz balalarımızın təhsilə cəlb edilməsi üçün hər bizimiz axtarışda olaq, birlikdə onların qaranlıq həyatına işıq verək. Əvvəlki illərdə olduğu kimi, məktəb yaşlı uşaqlarımızın təhsilə cəlb edilməsi üçün soydaşlarımızdan ibarət təşəbbüs qrupları yaradılıb. Millətimizin, dövlətimizin gələcəyi, qurucuları olan məktəbyaşlı uşaqları təhsilə cəlb etmək üçün, təkcə layihə çərçivəsində deyil, il boyu fəaliyyətimiz davam etdiririk. Fəaliyyətimiz nəticəsində 500-ə yaxın soydaşımız təhsilə cəlb edilib və davamlı olaraq cəlb edilməkdədir”,- deyə Ş.Məmmədova əlavə edib. 

Elnur Eltürk

 


Oxunma sayı: 440

Oxşar yazılar