Qaxa yasa gedənlərin maşını aşdı və alışdı – Yaralılar var

  • 11 İyn - 2019

Sumqayıtdan Qaxa yasa gedənlər qəzaya düşüblər.

Oxu.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qorağan-Qax avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Sumqayıt şəhər sakini Aqşin Ağayev idarə etdiyi “Cherry” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Nəticədə, avtomobil yanıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri - 78 yaşlı Qərib Əliyev, 81 yaşlı Elman Əliyev və 37 yaşlı Kəmalə Sayılova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər Qax rayonunun Zəyəm kəndinə yas mərasiminə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 506

Oxşar yazılar