Metronun Xətai stansiyası avqustda istifadəyə veriləcək

  • 13:09 - 11 İyun

"Bakı Metropoliteni"nin Xətai stansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.

Avropa.info-nun məlumatına görə, bunu “Bakı Metropoliteni”ni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

“Artıq stansiyada yeni eskalatorların quraşdırılması baş çatıb. Biz çalışırıq ki, “Xətai” stansiyasını mümkün qədər tez sərnişinlərin istifadəsinə verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.


Oxunma sayı: 14674

Oxşar yazılar