Rusiyada azərbaycanlı gənci öldürüb, meyitini yandırdılar

  • 11 İyn - 2019

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib. Modern.az xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Hazırda Samara Prokurorluğu faktla bağlı araşdırma aparır.   


Oxunma sayı: 385

Oxşar yazılar