Konqresin qərarına Türkiyə XİN-dən etiraz

  • 11 İyn - 2019

Türkiyə XİN Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi "ABŞ-Türkiyə ittifaqına dair narahatlıqların ifadə edilməsi" adlı qətnaməyə etiraz edib. 

Avropa.info xəbər verir ki, nazirliyin bəyanatında deyilir: 

"Əvvəlcə açıqladığımız kimi bu qərar Türkiyə ilə ABŞ arasındakı əsaslı dostluq və müttəfiqlik münasibətləri ilə heç bir halda uyğunlaşmamaqdadır. Qətnamədə Türkiyənin xarici siyasəti və məhkəmə sistemi haqqında yer verilən haqsız və əsasssız iddiaların qəbul edilməsi əsla mümkün deyil". 

Türkiyə XİN hər zaman dost və müttəfiq ölkələr arasında baxış fərqliliklərinin aradan qaldırılmasının ən təsirli yolunun dialoq və ölkələrin suverenliyinə hörmət göstərilməsi qeyd olunub. 

"Hədə və sanksiya ritorikasının gündəmdə tutulması və bəzi süni şərtlər qoyulması qəbul olunmazdır" - XİN-nin bəyanatında deyilir. 


Oxunma sayı: 231

Oxşar yazılar