Prezident ATƏT PA rəhbəri ilə Qarabağı müzakirə edib – Yenilənib

  • 11 İyn - 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.

Avropa.info xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulandı, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirildi.

Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Oxunma sayı: 264

Oxşar yazılar