Dünyadakı fəlakətlərin çoxunun səbəbkarı bu adamdır - Foto

  • 11 İyn - 2019

Adı dünya tarixinə "ekologiyaya ən çox ziyan vuran elm adamı" kimi düşən amerikalı mühəndis və kimyagər Tomas Micli elmin ən pis nəticələrinə görə məsuliyyət daşıyan biri kimi tanınır. 

Avropa.info xəbər verir ki, 1889-cu il 18 mayda Pensilvaniyada anadan olan Tomas Micli dünyaya, cəmiyyətə və özünə ziyan verəcək son dərəcə zəhərli kimyəvi maddələri narahatlıq hiss keçirmədən tətbiq edən mühəndisdir.  

Micli öz dövründə ucuz olduğu üçün bazara çıxarılan tetraetil qurğuşununun ixtiraçısıdır. Onun dövründə istehsal olunan avtomobillərin 98%-də qurğuşundan istifadə olunub, evlər qurğuşun qatılmış boyalarla boyanıb. Ucuz olduğu üçün zərərləri diqqətdən yayınıb. 

Əslində qurğuşunun toksik maddə olması e.ə 100-ci ildən məlumdur. Ancaq cəhalət, acgözlülük və rahatlıq Miclinin ixtiralarını görməməzliyə vuran şərait yaradıb. Micli elmi tədqiqat qrupunun üzvü olan  Çarlz Katterinq ilə etdiyi telefon söhbətində ziyanları bir tərəfə qoyub "Bununla nə qədər pul qazanacağımızı təsəvvür edə bilirsənmi? 200 milyon dollar, bəlkə daha çox qazanacağıq" deyib. 

Qurğuşunun nevrotoksin xüsusiyyəti yüksək dozada qəbul edən canlıların beynində geri dönüşü olmayan xəsarət yarada bilir.  

Eyni zamanda qurğuşunun təsirinə çox məruz qalan insanlarda korluq, yuxusuzluq, böyrək çatışmazlığı, eşitmə problemi, xərçəng və iflic kimi ağır xəstəliklər müşahidə edilib. Buna baxmayaraq, o dövrdə yaşayan insanlar qurğuşunun zərərlərindən xəbərsiz olmasalar da, ucuzluğu səbəbi ilə bu maddədən istifadə etməyə başlayıblar. 

Qurğuşunun istifadə olunduğu fabriklərdə işləyən fəhlələr arasında ölüm hadisələri belə qeydə alınıb. İstehsalın ilk günlərində ən azı 15 nəfərin öldüyü məlumdur.  
Miclidən etibarən qurğuşun 60 il boyu dünyaya yayıldı. Ancaq heç bir şey Miclini dayandıra bilmədi.  

Qurğuşundan sonra Miclinin digər ziyanlı ixtirası hazırda ozon təbəqəsinin deşilməsində rol oynayan CFC (kloroflorokarbon) idi.  

Qurğuşun kimi ziyanları çox sonralar məlum olan dezodorantlarda, soyuducularda və bəzi sənayə sahələrində istifadə olunan kloroflorokarbon ancaq 70-ci illərin əvvəli qadağan olunub.  

51 yaşında Tomas Micli zəhərlənmədən iflic olub. Bu dəfə də yatalaq xəstəliyindən xilas olmaq üçün mexanizm ixtira edib, lakin boynu ixtira etdiyi aparatın çarxına ilişərək 55 yaşında ölüb.  

Günümüzdə hələ də Tomas Miclinin ölümcül ixtiralarının mənfi nəticələrinə məruz qalırıq. 


Oxunma sayı: 264

Oxşar yazılar