AZAL Bakıdan Dehliyə birbaşa uçuşlara başlayır

  • 10:49 - 11 İyun

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın paytaxtı Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək. 

AZAL-dan “Report”a verilən məlumata görə, uçuşlar hər həftənijn çərşənbə axşamı günü ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə yerinə yetiriləcək.  

Bu ilin payızından isə aviareyslərin sayı həftədə iki dəfə olacaq. 


Oxunma sayı: 11847

Oxşar yazılar