Türkiyənin ana müxalifət partiyası CHP-nın PKK-nın siyasi qolu HDP ilə seçki ittifaqı sənədlərlə deşifrə olundu : "CHP İstanbulda qazansa İSPARK-ı HDP-yə verəcək"

  • 10 İyn - 2019

2019-cu ilin 30 martında İstanbulda iğtişaşların təşkil edilməsi ilə bağlı daxil olan məlumat əsasında İstanbul Baş Prokurorluğunun təlimatı əsasında saxlanılan 114 şübhəli şəxsdən 87 nəfəri haqda həbs-qətimkan qərarı verilib.

Avropa.info xəbər verir ki, saxlanılanlar arasında HDP Baxçalıevlər bələdiyyəsi məclis üzvü Gökhan Özər də var. Daha əvvəl terrorçuluğun təbliğatı ittihamı ilə 36-cı İstanbul Ağır Cinayətlər Məhkəməsində mühakimə oldunduğu məlum olan Özərin qaldığı yerdə axtarış zamanı CHP ilə ittifaqın sənədləri ələ keçirilib.

Prokurorluğa verdiyi ifadədə sənədlərin özünə aid olduğunu qəbul edən HDP üzvü Özər sənədlərin seçkidən əvvəl HDP-nin İstanbul iclaslarında verilən qərarlar olduğunu deyib. Sənədlərdə CHP-nin seçkini udması halında HDP-yə veriləcək bələdiyyə idarəçiliyi və kadrlar haqda ətraflı məlumatın olduğu görünür. Sənədlərdə rayon və böyükşəhər bələdiyyəsində HDP-yə kadrlar üçün söz verildiyi və adlar üzərində razılığa gəlinməsinə dair qeydlər diqqət çəkib.

"Star"ın əldə etdiyi sənədlərdə HDP İstanbul rayon sədrliyinin 5 fevral iclasında "Bələdiyyə seçkisindən aldığımız nəticə bizi ana müxalifət edər. Və yaxşı nəticədir; AKP-ni dağıdır. CHP ilə udarsaq qəyyum azalar. Xalqa və idarəçilərə ittifaqı başa salıb, seçkini ictimailəşdirmək üçün vilayət miqyasında komissiya quruldu" ifadələri yer alıb.

2019-cu ilin 12 fevralında keçirilən HDP iclasında yazılan qeydlərdə "Sədrliyə namizəd verilməyəcək. CHP Ankarada bələdiyyə sədr müavinliyinin CHP-li qadın olmasını istəyir. Yerlərdə vəziyyət bizim xeyrimizədir. İttifaqı xalqa necə başa salacağıq. Bildirişlərdə dəstəkləmə məsələsi başa salınsın, dəqiq olsun" qərarının verilməsi məlum olub.

14 fevralda keçirilən iclasda isə "8-9 rayonda bələdiyyə sədri müavinliyi, 2-3 rayonda birgə idarəçilik, 60-70-i parlament üzvü, 10-u İstanbul Böyükşəhər Bələdiyyəsi məclis üzvüdür. Sabaha qədər adlaırn CHP-yə veriməsi lazımdır. Namizəd profili çox vacibdir. 21 rayonda strategiyamızla, 9 rayonda tək başımıza gedirik. Seçilərsə sədr müavinliyi...Biz 16 parlament üzvü tələb edirik. CHP 16-nı da qəbul edib".

25 fevralda İstanbulda HDP-nin keçirdiyi iclasda isə "AKP-nin fəaliyyətsiz partiyaya çevirmək və kürd milli birliyini formalaşdırma: Kürdüstandakı strategiya" başlığı altında bu ifadələr işlədilib:

"Bəzi rayonlarda "Səadət", bəzi işlərdə DSP ilə əməkdaşlıq. Səhvlər fərdlərin, düzgünlər hərəkətindir. Qərbdəki uğurların təsiri "Kürdüstan"dakından daha çoxdur. Əgər udmasa belə HDP üzvü olmayanlar HDP-nin fədəkarlığından danışacaqlar.

HDP-lilərin iclasında "Məqsəd həm bələdiyyəni qazanma, həm də HDP-nin məclis üzvlərinə qazandırmaq hədəfi olmaldır. Məclis üzvləri olmasa da, kadrları HDP-yə vermək sözləri verildi. Birgə bəyanat hazırlayaq, "yetər" şüarından istifadə edək" qərarı verdikləri müəyyən edilib.

"İstanbul strategiyası" başlığı altında verilən qərarda isə HDP-nin 9 rayonda namizəd irəli sürməyəcəyi bildirilib:

"Məclis üzvlüyündə öz partiyamıza, Bələdiyyədə digər partiyaya (CHP) səs verəcəyimizi xalqımıza başa salacağıq. Sancaqtəpə namizədi ortaq siyahını çətinə saldı, Əsənyurd namizədi isə tam əksinə fərqli siyahılar təklif etdi. CHP vilayət təşkilatı qəbul etmişdi. Adları və şəxsiyyətləri müzakirə edilən yoldaşları mübahisə predmetinə çevriməmək üçün birgə qərar verilməlidir". 

AKP Ərzurum millət vəkili Səlami Altınok bayram tətilini keçirmək üçün gəldiyi Ərzurumda İstanbul seçkisini qiymətləndirib. CHP-nin İstanbul seçkisini udması halında HDP-nin İSPARK idarəçilyini ələ keçirəcəyini bildirən Altınok bu sözləri deyib:

"Bəs etmədi, hər kəs eşidir, millət vəkilimiz də, sədrimiz də eşidir, sədrlərimiz də bilir. HDP nəyin əvəzində dəstəkləyir, İSPARK-ı HDP-yə verəcəklər. Orada 2 min 500 insan işləyir. İSPARK-ı HDP-yə verdikləri halda mən İstanbulda maşınımı götürüb HDP-nin işlətdiyi yerlərə park etməyə güvənmərəm. Avtomobillərin yanından belə keçməyə güvənmərəm. Adama bir maska geydiriblər, adam da o maska ilə hər tərəfi dolaşır, bunun maskası da düşmədi, amma Kaftancıoğlunun maskası düşdü".

Altınok sözlərinə belə davam edib:

"Bu bələdiyyə sədrliyinə namizəd vəzifədə olduğu 18 gün ərzində belə bir şey etmişdi, onu da xatırlayaq. Ərzurumlular bizə gül göndərməyin, qanımıza toxunur, Çağdaş Həyatı Dəstəkləmə Fonduna verin dedilər. Siz Çağdaş Həyatı Dəstəkləmə Fonduna kömək edəndə olur, biz Ənsar Vəqfinə edəndə olmur".

Avropa.info


Oxşar yazılar