Nigeriyada mal-qara oğruları aləmi qatdı - 43 ölü

  • 10 İyn - 2019

Nigeriyanın Sokoto ştatında silahlı qruplaşmanın hücumları nəticəsində azı 43 nəfər həlak olub.

Trend-in məlumatına görə, hücumlar bir gün ərzində qısa fasilələrlə baş verib.

İlk hücum zamanı 25 dinc sakin öldürülüb. Növbəti hücumun qurbanları isə 18 nəfər olub.

Qeyd olunur ki, hücumları mal-qara oğurluğu ilə məşğul olan dəstə həyata keçirib.


Oxunma sayı: 253

Oxşar yazılar