Gürcüstan Azərbaycana təşəkkür edib

  • 10 İyn - 2019

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstanın səfiri Zurab Pataradze arasında görüş keçirilib.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə Z.Pataradze Azərbaycan tərəfinə iyunun 4-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Tərəflər həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlıq, ikitərəfli əlaqələrin aktual məsələləri və gələcək əməkdaşlıq planlarını müzakirə ediblər. 

 

report


Oxunma sayı: 572

Oxşar yazılar