Azərbaycan Prezidenti Qazaxıstanın yeni Prezidentinə telefonla zəng edib

  • 10 İyn - 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstanın Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib. 

Avropa.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. 

Dövlət başçısı Qasım-Jomart Tokayevə Prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb. 

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.


Oxşar yazılar