İran "Hizbullah"ın xahişi ilə ABŞ casusunu azalığa buraxacaq

  • 10 İyn - 2019

 İranda casusluğa görə məhkumluq çəkən Livan vətəndaşı Nizar Zakka yaxın vaxtlarda azadlığa buraxılacaq. 

Avropa.info xəbər verir ki, bu barədə FARS agentliyi məlumat yayıb. Agentlik məhbusun İranın "Hizbullah" hərəkatı rəhbərliyinə olan "hörməti"ndən dolayı məhbusu azadlığa buraxdığını bildirir. 

Nizar Zakkanın vəkili müvəkkilinin azadlığa buraxılması qərarında "Hibullah"ın siyasi müttəfiqi prezidenti Mişel Naim Aunun və Livanın yüksəkvəzifəli şəxslərinin vasitəçiliyinin rol oynadığını açıqlamışdı. 

Zakkanın azad olunması prosesi üçün Livan təhlükəsizlik xidmətinin yüksəkvəzifəli əməkdaşı şəxsən Tehrana gəlib. 

Xatırladaq ki, SEPAH 2015-ci ildə ABŞ-da yaşayan Zakkanı Tehranda keçirilən konfransda iştirak edərkən həbs etmişdi. 

Daha sonra o, casusluqda ittiham olunaraq 10 il həbsə məhkum olunmuşdu. Qərb mətbuatı Zakkanın ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqələrinin olduğunu iddia edir. 


Oxşar yazılar