Prezident İlham Əliyev iki qanuna dəyişiklikləri təsdiqlədi

  • 10 İyn - 2019

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” və "Notariat haqqında” qanunlara dəyişiklikləri təsdiq edib.

Avropa.info xəbər verir ki, "Yol hərəkəti haqqında” qanunun 27-ci maddənin VI-I hissəsinin birinci cümləsinə "hüquqi şəxslər” sözlərindən sonra "(dövlət qurumları)” sözləri əlavə edilib. 

Qanunun 53-cü maddəsinin XIX hissəsinin ikinci cümləsində "xəta haqqında elektron protokol tərtib olunur” sözləri "tənbeh vermə haqqında elektron qərar çıxarılır” sözləri ilə əvəz olunub.

"Notariat haqqında” qanunun 32-ci maddəsinin doqquzuncu hissəsinin birinci cümləsinə "hüquqi şəxslərin” sözlərindən sonra "(dövlət qurumlarının)” sözləri əlavə edilib.


Oxunma sayı: 627

Oxşar yazılar