Bakı sakini avtomobilində öldürülüb

  • 16:31 - 10 İyun

İyunun 7-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.   

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılıblar. 


Oxunma sayı: 12628

Oxşar yazılar