Dərman istehsalı üzrə Rusiya-Azərbaycan birgə müəssisəsi yaradılır – Səfir

  • 15:39 - 10 İyun

"Rusiya və Azərbaycan yol xəritəsi çərçivəsində əczaçılıq sahəsində birgə müəssisələrin yaradılması üzrə birgə mexanizmlər hazırlayır".

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, hazırda birgə müəssisənin yaradılması üzrə işlər başa çatmaq üzrədir:

"Rusiyanın "RFarm" şirkətinin və Azərbaycan dərman istehsalı şirkətinin iştirakı ilə yaradılan müəssisə "Həyat Farm" adını daşıyacaq".

Onun sözlərinə görə, birgə müəssisənin bu ilin sonunadək, və ya 2020-ci ilin əvvəlinədək yaradılması gözlənilir.


Oxunma sayı: 10769

Oxşar yazılar