İsrail mediasından PKK-ya və terrorçubaşı Öcalana tərif yağışı : "İsrail də əvvəlcə bir fikir idi, sonra dövlət oldu. Öcalan "liberal siyasətçi"dir"

  • 10 İyn - 2019

"İsrail də əvvəlcə bir fikir idi, sonra dövlət oldu."

Avropa.info xəbər verir ki, bu fikirlər İsrailin "Haaretz" qəzetinin terror təşkilatı PKK/YPG haqda qələmə aldığı təhlil yazısında bildirilib. Qəzet yazısında terror təşkilatı PKK/YPG-ni müdafiə edərək, terror təşkilatını "əzilmiş xalqın müdafiəçisi" kimi təqdim edib.

"İsrail də Suriyanın şimalında olan YPG kimi əvvəllər bir fikir idi, sonradan dövlət oldu" - deyə "Haaretz" terror təşkilatı PKK/YPG-ni Suriyanın digər ərazilərini də işğal etməyə çağırıb. 

Qəzet Qərbin, xüsusilə də ABŞ-ın PKK/YPG-yə lazımınca dəstək vermədiyini iddia edərək, Türkiyəni "Rojova dövləti" üçün ən böyük təhdid adlandırıb. 

"ABŞ  NATO çərçivəsində Türkiyə ilə müttəfiq olduğu üçün, YPG-yə lazımı dəstək verə bilmir. Trampın Suriyadan qoşunları çəkmə qərarı da Türkiyənin əl-qolunu açır. Türkiyə "Rajova dövlət"ni başlamadan tarixə gömə bilər" - "Haaretz" qəzeti belə yazıb. 
 

Qəzet terror təşkilatının ömürlük həbsdəki lideri Abdullah Öcalanı tərifləyərək, terrorçubaşını "liberal siyasətçi" adlandırıb.

Avropa.info


Oxunma sayı: 264

Oxşar yazılar