Ermənilərin Qarsa səfəri azərbaycanlı tələbələri ayağa qaldırdı

  • 10 İyn - 2019

Qars Qafqaz Universitetinin azərbaycanlı tələbələri “Ümumerməni oyunları”ının təşkilat komitəsinin üzvlərinin Qarsa səfərinə etiraz ediblər.

Avropa.info xəbər verir ki, Qarsdakı Qazi Əhməd Muxtar paşa malikanəsi yaxınlığıda parkda toplaşan azərbaycanlı tələbələr erməni nümayəndə heyətinin səfərinə etirazlarını bildiriblər. 

Etiraz edən tələbələrin adından açıqlama verən Nihal Məmməd ermənilərin Qarsa səfərindən məyus olduqlarını ifadə edib. N.Məmməd deyib ki, ermənilərin Qarabağda törətdikləri qətliamda minlərlə dinc sakin və uşaq qətlə yetirilib: "Biz bunları unutmaqdıq, unutmayacağıq. Azərbaycan-Türkiyə qardaşlığı kimsənin qopara bilməyəcəyi bir bağa dayanır. Türkiyə bizim də vətənimizdir". 

Qeyd edək ki, erməni nümayəndələrini Qars bələdiyyəsi qəbul edib. Xatırldaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində Qarsda PKK-nın siyasi əlavəsi HDP-nin namizədi Ayhan Bilgen bələdiyyə sədri seçilib. 


Oxunma sayı: 209

Oxşar yazılar