Azərbaycanda "qaloş piri" rəzaləti : Başlarına 30 il əvvəl ölmüş şəxsin qaloşunu sürtür, Allaha şərik qoşurlar (ŞOK VİDEO)

  • 13:15 - 10 İyun

Son günlər mətbuat və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu  "Qaloş piri" ilə bağlı yayılan videogörüntülərdir.

Avropa.info xəbər verir ki, həmin görüntülərdə çox sayda insan "Qaloş piri”nə yığışdığı görünür. Bir nəfər "şəfa tapmacağını" güman edən insanların başına qaloş sürtür. 

Videonun Goranboy rayonu Qurbanzadə kəndində çəkildiyi bildirilir. İddialara görə, insanlar bu kənddə yaşamış və 30 il əvvəl vəfat etmiş Mirbiş ağa adlı şəxsin qaloşunu başlarına sürtürlər.  

Video görüntülər cəmiyyət tərəfindən iztehza ilə qarşılansa da, bəzi ziyalılar bunun bir faciə olduğu qənaətindədirlər.  

Millət vəkili Fazil Mustafa məsələnin genetik cəhalətdən qaynaqlandığını deyib:

"Bu sadəcə insanlarımızın ümidsizliyi ilə bağlı durum deyil, bu cəhalətə genetik sevgimizdən doğan nəticədir...Nəcib Fazil demişkən, "siz ey yeriyən leşlər, sizi kim dirildəcək?"."

Qeyd edək ki, İslam dininə görə bu kimi əməllər Allaha şərik qoşmaq sayılır ki, bu da ən böyük günahdır. 

Uca Allah Qurani Kərimdə deyir: "Həqiqətən, Allah Ona şərik qoşanı bağışlamaz, bundan başqa istədiyi şəxsləri bağışlaya bilər. Allaha şərik qoşan şəxslər, şübhəsiz, ən ağır günah işlətmiş olurlar". (ən-Nisə, 48).

Avropa.info həmin video görüntüləri təqdim edir:

 


6b5sPLXb1Vk

Oxunma sayı: 8360

Oxşar yazılar