Əsəd rejimi və Rusiya təyyarələri İdlibi bombaladı - 6 ölü, 39 yaralı

  • 10 İyn - 2019

Əsəd rejimi və Rusiyaya məxsus hərbi təyyarələr Suriyanın İdlib vilayətində yerləşən Xan Şeyhun, Təmaniyə, Şeyx İdris, Maarşurin və Ət Tüh yaşayış məntəqələrinə, Hama vilayətində yerləşən Latamnə ilə Kəfər Zita rayonlarına hücum ediblər. 

Avropa.info xəbər verir ki, "Ağ kaskalılar"ın verdiyi məlumata görə, Xan Şeyxun rayonunda fəhlələrin işlədiyi tarla və Maarşurin kəndində bazara atılan bombalar nəticəsində 6 mülki şəxs ölüb, 39-u yaralanıb. 

Suriya müxalifətinin yaydığı məlumatda iki Rusiya təyyarəsinin Hmeymim bazasından qalxdığı bildirilib. 


Oxşar yazılar