Qazaxıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı: Tokayev qalib gəlib

  • 10 İyn - 2019

Kasım Jomart Tokayev Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Qazaxıstan MSK başçısı Konstantin Petrov çıxış edib. 

Petrovun məlumatına görə, jurnalist və siyasi fəal Əmircan Kosanov 16,2%, parlamentin aşağı palatasının nümayəndəsi Daniya Yespayeva səslərin 5,2%-ni yığıb. 

Tokayev görülən işlərə görə öz komandasına və göstərdiyi etibara görə vətəndaşlara təşəkkür edib.

Qeyd edək ki, dünən Qazaxıstanda prezident seçkiləri keçirilib. Ölkə başçısı seçilmək üçün seçicilərin 50%-dən çoxunun səsini yığmaq lazımdır.


Oxşar yazılar