Azərbaycanlı tələbələr Almaniyada liderlər sırasında - Rəsmi hesabat

  • 09 İyn - 2019

Ötən il Almaniya Akademik Mübadilə Xidməti (AAMX) Almaniyadan və digər ölkələrdən 145 min nəfərdən çox tələbənin təhsil almasını maliyyələşdirib. 

Virtualaz.org Almaniyanın Forschung & Lehre nəşrinə istinadən bildirir ki, Almaniyada təhsil almaq üçün ən çox müraciətlər Rusiyadan, ABŞ-dan və Azərbaycandan olan tələbələr tərəfindən olunub. 

AAMX-ın Berlində təqdim edilən 2018-ci il üçün hesabatına əsasən, mübadilə üzrə oxumağı arzu edənlərin sayı 2017-ci il illə müqayisədə 4% artıb. 

AAMX-ın prezidenti Marqret Vintermantel tədbirdə bildirib ki, getdikcə daha çox əcnəbi gənc Almaniyada, almalar isə xaricdə təhsil almaq imkanları axtarırlar.


Oxşar yazılar