Mourinyo Braziliya millisinə rəhbərlik edə bilər

  • 16:40 - 09 İyun

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo futbol üzrə Braziliya millisinin baş məşqçisi ola bilər. 
 

Braziliya Futbol Konfederasiyasının nümayəndələri artıq onunla danışıqlara başlayıblar. 

Mourinyoya komanda Titenin rəhbərliyi altında Amerika Kubokunda müsbət nəticə əldə edə bilməyəcəyi təqdirdə müqavilə təklif olunacaq. 

Bildirilir ki, portuqaliyalı mütəxəssisin özü yığmadan çox, klubda işləyəmə üstünlük verir, lakin Braziliyada məşqçini razı salmağa çalışırlar. 

Mourinyo məşqçilik karyerası ərzində "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" kimi komandaları çalışdırıb.

 

report


Oxunma sayı: 5742

Oxşar yazılar