Macarıstan yığması Azərbaycan millisini 3:1 hesabı ilə məğlub edib

  • 22:04 - 08 İyun

AVRO-2020-nin seçmə mərhələsində III turun oyunları keçirilir.

APA-nın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti qarşılaşmasına çıxıb.

Final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparan yığmamız Macarıstanla üz-üzə gəlib. Bu, komandamızın tsikldə ikinci görüşü olub.

İlk matçını Xorvatiyada keçirib, 1:2 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri macarları Bakıda qəbul edib. Komandamız bu seçmə mərhələdə ilk ev oyununda ilk xalını qazanmağa çalışsa da, bunu bacarmayıb. Qarşısına AVRO-2020-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulan yığmamız yenə də azarkeşləri məyus edib. 

Matçdan öncə UEFA-nın sabiq prezidenti Lennart Yuhanssonun xatirəsi yad olunub. Bir dəqiqəlik sükutdan sonra oyunun start fiti verilib. 

Görüşdə hesabı Villi Orban açıb. O, 18-ci dəqiqədə fərqlənməklə, komandasının fasiləyə öndə çıxmasını təmin edib. Almaniyanın "Leypsiq" klubunda çıxış edən futbolçu ikinci hissədə də standart vəziyyətdən qapımıza yol tapıb. Bundan sonra Mahir Emreli fərqi azaltsa da, sevincimiz cəmi 1 dəqiqə çəkib. David Holman yenidən fərqi iki topa çatdırıb - 1:3. 

Rəqibin baş məşqçisi Marko Rossi oyunun sonlarında texniki zonadan uzaqlaşdırılsa da, qarşılaşma elə bu hesabla yekunlaşıb. Nəticədə N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk xalını qazanması da mümkün olmayıb.

Qeyd edək ki, qrupumuzun digər oyununda Xorvatiya Uelslə üz-üzə gəlib. Son dünya çempionatının gümüş mükafatçısı rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
 

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu
IV tur
7 iyun
20:00. Azərbaycan – Macarıstan - 1:3

QOLLAR: Emreli, 70 - Orban, 18, 53, Holman, 71
Baş hakim: Kevin Blom
Baş hakimin köməkçiləri: Bas van Dongen, Yohan Balder
Dördüncü hakim: Serdar Gözübüyük (hamısı Hollandiya)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixay Korxut, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 18. Dominik Nad
Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 4. Yanoş Ferentsi, 5. Paulo Vinisius, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 19. David Holman, 20. İştvan Kovaç, 21. Tamaş Kadar, 23. Filip Holender, 
Baş məşqçi. Marko Rossi
Bakı. “Bakcell Arena” stadionu

***

Saat. 21:31

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Macarıstan matçında qonaqlar yenidən fərqi artırıblar. 

 David Holman millimizin qapısından üçüncü qolu keçirib - 3:1. 

***

Saat. 21:29

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Macarıstan matçında daha bir qol vurulub. 

Bu dəfə xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız fərqlənib. Mahir Emreli hesab arasındakı fərqi azaldıb - 1:2. 
 

***

Saat. 21:12

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Macarıstan matçında hesab dəyişib. 

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamızın qapısından ikinci qolu da Villi Orban keçirib. 

***

Saat. 21:04

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Macarıstan matçında ikinci hissə başlayıb. 

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız ilk 45 dəqiqədən sonra 0:1 hesabı ilə geridədir. 

***

Saat. 20:48

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Macarıstan matçında ilk hissə yekunlaşıb. 

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız fasilə 0:1 hesabı ilə məğlub durumda yollanıb. 

***

Saat. 20:20

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Macarıstanla görüşdə hesabda geri düşüb. 

Bakıda keçirilən matçda yığmamızın qapısına  Villi Orban yol tapıb. 

***

Saat. 20:00

AVRO-2020-nin seçmə mərhələsində III turun oyunları keçirilir.

 E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti qarşılaşmasına çıxıb.

Final mərhələsi Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparan yığmamız Macarıstanı qəbul edir. Bu, komandamızın tsikldə ikinci görüşüdür.

İlk matçını Xorvatiyada keçirib, 1:2 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri macarları Bakıda qəbul edir. Komandamız bu seçmə mərhələdə ilk ev oyununda ilk xalını qazanmağa çalışır.

Qarşısına AVRO-2020-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulan yığmamız şanslarının azalmaması üçün qalib gəlmək arzusundadır. Millimiz 3 xal əldə etsə, bu, N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk qələbəsi olacaq.

Qeyd edək ki, qrupumuzun digər oyununda Xorvatiya Uelslə üz-üzə gəlib. Son dünya çempionatının gümüş mükafatçısı rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu
IV tur
7 iyun
20:00. Azərbaycan – Macarıstan - 1:3

QOLLAR: Emreli, 70 - Orban, 18, 53, Holman, 71
Baş hakim: Kevin Blom
Baş hakimin köməkçiləri: Bas van Dongen, Yohan Balder
Dördüncü hakim: Serdar Gözübüyük (hamısı Hollandiya)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixay Korxut, 6. Villi Orban, 7. Balaş Cudcak (k), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay, 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 18. Dominik Nad
Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 4. Yanoş Ferentsi, 5. Paulo Vinisius, 11. Kristian Nemets, 13. Jolt Kalmar, 16. Mate Patkay, 17. Roland Varqa, 19. David Holman, 20. İştvan Kovaç, 21. Tamaş Kadar, 23. Filip Holender, 
Baş məşqçi. Marko Rossi
Bakı. “Bakcell Arena” stadionu

1Xorvatiya32015-46
2Slovakiya21012-13
3Uels21012-23
4Macarıstan21012-33
5Azərbaycan10011-20

Oxunma sayı: 6831

Oxşar yazılar