Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

  • 16:38 - 08 İyun

AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda "Bakcell Arena"da keçiriləcək Azərbaycan-Macarıstan matçına bilet satışı davam edir.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, oyun üçün satışa çıxarılan biletlərdən artıq 7 min 500-ü satılıb: "Hazırda bilet satışı davam etdirilir. Oyunla bağlı stadionda təşkilatçılıq və təhlükəsizlik tədbirləri yüksək səviyyədədir".

Qeyd edək ki, Azərbaycan-Macarıstan matçı bu gün saat 20:00-da başlayacaq.


Oxunma sayı: 10076

Oxşar yazılar