Rusiya və Belarus vahid valyutaya keçə bilər

  • 13:36 - 08 İyun

Rusiya və Belarus vahid valyutanın daxil edilməsi məsələsini müzakirə edirlər.

Avropa.info xəbər verir ki, qərar hər iki ölkənin prezidentləri səviyyəsində qəbul olunacaq. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin məlumat verib. 

Onun sözlərinə görə, danışıqlar müttəfiq dövlətlərin inteqrasiyası çərçivəsində aparılacaq. Oreşkin vahid valyutanın daxil edilməsi vaxtını açıqlamayıb.


Oxunma sayı: 12903

Oxşar yazılar