Bakıda kriminal avtoriteti niyə öldürdülər? - Səbəb qatilin xanımı olub (Foto)

  • 11:33 - 08 İyun

Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb. 

Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.

Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər iki nəfər T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayıb.

Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin M.Budaqlı onun qəzəbindən yan keçə bilib.

Bu arada, qətlin qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış. 

Bakıda kriminal avtoriteti niyə öldürdülər? - Səbəb qatilin xanımı olub - FOTO

Oxunma sayı: 11176

Oxşar yazılar