20 cinayətin üstü “isti izlər”lə açılıb

  • 11:25 - 08 İyun

Ötən gün törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb. 
 


Oxunma sayı: 12320

Oxşar yazılar