AVRO-2020: Türkiyə Fransaya qarşı

  • 08 İyn - 2019

Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura yekun vurulacaq.

Avropa.info fanat.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil olunacaq. İ, J və H qruplarında 3, C və E qruplarında isə 2 matç keçiriləcək.

C qrupunda Almaniya millisi 2 oyunda xal toplaya bilməyən Belarusun qonağı olacaq. İlk oyununu xalsız başa vuran Estoniya isə lider Şimali İralandiyanı qəbul edəcək.

Azərbaycan millisi E qrupunda Macarıstanı qəbul edəcək. Dünya çempionatının finalçısı Xorvatiya isə Uelsi sınağa çəkəcək.

Turun mərkəzi oyunu H qrupunda keçiriləcək. Son dünya çempionu Fransa səfərdə Türkiyə ilə qarşılaşacaq. Hər iki komanda 2 turdan sonra maksimum nəticə göstərib. Qrupun digər matçlarında İslandiya Albaniyanı sınağa çəkəcək, autsayderlər Moldova və Andorra yığmaları isə ilk xallarını qazanmağa cəhd göstərəcəklər.

I qrupunda favorit sayılan Belçika millisi Qazaxıstan, Rusiya yığması autsayder San Marino ilə üz-üzə gələcək. Kipr isə Şotlandiyanın qonağı olacaq.

Sonuncu J qrupunda isə favorit İtaliya səfərdə Yunanıstanın müqavimətini qırmağa çalışacaq. Qrupun digər matçlarında isə Lixtenşteyn Ermənistanın, Bosniya və Hersoqovina isə Finlandiyanın qonağı olacaq.

AVRO-2020
Seçmə mərhələ
III tur
8 iyun

C qrupu

20.00 Estoniya - Şimali İrlandiya
22.45 Belarus - Almaniya

E qrupu
17.00 Xorvatiya - Uels
20.00 Azərbaycan - Macarıstan

H qrupu
17.00 İslandiya - Albaniya
20.00 Moldova - Andorra
22.45 Türkiyə - Fransa

I qrupu
20.00 Rusiya - San Marino
22.45 Belçika - Qazaxıstan
22.45 Şotlandiya - Cənubi Kipr

J qrupu
20.00 Finlandiya - Bosniya və Hersoqovina
20.00 Ermənistan - Lixtenşteyn
22.45 Yunanıstan - İtaliya


Oxunma sayı: 209

Oxşar yazılar