Türkiyə müdafiə naziri Ermənistanla sərhədə gəldi və konkret mesaj verdi : "Bütün imkanlardan istifadə edərək..."

  • 18:31 - 07 İyun

Türkiyə Müdafiə naziri Hulusi Akar İran və Ermənistan sərhədlərindən məsul olan 5-ci Sərhəd Alayını ziyarət edib. 

Avropa.info xəbər verir ki, nazir Akar ölkənin İran və Ermənistanla sərhədlərini qoruyan hərbçilərlə görüşərək mühüm mesajlar verib. Hulusi Akar Ermənistan və İran sərhədindən Türkiyəyə qarşı istər terror fəaliyyətlərinin, istərsə də qanunsuz köç fəaliyyətlərinin qarşısının qətiyyətlə alındığını deyib.

"Biz çalışmalarımızla ölkəmizin istəklərinə cavab verməliyik. Sizdən gözləntilərimiz böyükdür. Sərhədlər aşılmazdır, keçilməzdir. Bu əsasdır. Terror və ya qeyri-qanuni miqrasiya olsun-nəticədə qanunsuz keçiddir. Hər cür imkandan istifadə edərək sıfırlayacağıq. Bu məsələdə Türkiyə dövləti, Milli Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri çox böyük qətiyyət göstərir. Ehtiyac duyulan əlavə birliklər təsis edilərək buranı son dərəcə gücləndirdik. Sərhədlərin təhlükəsizliyini tam olaraq təmin etmək üçün bu günə qədər əlimizdən gələn nə varsa etdik, sərhəd namusdur anlayışı ilə, əzm və qətiyyətlə bunu etməyə davam edəcəyik", deyə Hulusi Akar qeyd edib.

Avropa.info


Oxunma sayı: 15070

Oxşar yazılar