Bərdədə yük maşını partlayıb, xəsarət alanlar var - FOTO

  • 18:52 - 07 İyun

Bərdə rayonunda iki yük avtomobili toqquşaraq yanıb.

Hadisə rayonun Alpout kəndində qeydə alınıb. 

Belə ki,  iki "QAZel" markalı yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərin birininin yanacaq çənində partlayış baş verib. 

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Fakt bağlı araşdırma aparılır

*** 15:12

Bərdə rayonunda baş verən yol qəzası zamanı avtomobillər yanıb. 

"Report"un məlumatına görə, hadisə rayonun Alpout kənd yolunda baş verib.

İlkin məlumata görə, yanacaqdoldurma məntəqəsinin yaxınlığında 2 avtomobil toqquşub və yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5940

Oxşar yazılar