Ər-arvad amansızlıqla öldürüldü, sonra divara belə yazıldı: “Tez gəl, səninlə hesablaşaq!”

  • 17:18 - 07 İyun

Ötən gecə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib.

Avropa.info "Report”a istinadla xəbər verir ki, hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb.

Ər-arvadın sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər.

Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Onların oğlu Rusiyada yaşayır.

Öldürülən həmin şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.Hadisənin təfərrüatı barədə hələ ətraflı məlumat verilmir.

Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub, belə ki, evin divarında "Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.


Oxunma sayı: 8503

Oxşar yazılar