Tramp: İranla müharibə ehtimalı hər zaman var

  • 18:55 - 05 İyun

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların keçiriləcəyinin mümkünlüyünü istisna etməyib.

Virtualaz.org-un məlumatına görə, o, bu barədə Böyük Britaniyanın ITV televiziyasına müsahibəsində bildirib.

Xatırladaq ki, bir müddət əvvəl D.Tramp İranla danışıqlara başlamağa hazır olduqlarını bildirmiş və demişdi ki, o, böyük məmnuniyyətlə iranlı həmkarı Həsən Ruhani ilə danışıqlar aparmaq istərdi.

ABŞ prezidenti bu dəfə də hərbi əməliyyatlarla bağlı sualın cavabında təxminən eyni fikri təkrarlayıb, amma bir az fərqli şəkildə: "Hər zaman ehtimal var. İstəyirəmmi mən? Mən istəməzdim. Lakin ehtimal hər zaman qalır".


Oxunma sayı: 4631

Oxşar yazılar