Misirdə buraxılış məntəqəsinə hücum olub, 8 polis öldürülüb

  • 17:00 - 05 İyun

Misirdə silahlı dəstə nəzarət-buraxılış məntəqəsinə hücum edib, hüquq-mühafizə orqanlarının 8 əməkdaşı öldürülüb. 

Bu barədə ölkə televizyası məlumat yayıb. 

Bildirilib ki, hadisə Sinay yarımadasının şimalındakı əl-Ariş şəhəri ətrafında baş verib. 

Bir müddət əvvəl “Sky News Arabia” Misirin təhlükəsizlik orqanlarına istinadən nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 10-14 nəfərədək məmurun öldüyü barədə məlumat yaymışdı. 

Hücumu terrorçu İŞİD qruplaşmasının “Vilayət-e-Sina” adlı qolunun törətdiyi ehtimal olunur. Misir ordusu terrorçuların tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirir. 

 

 

report


Oxunma sayı: 4466

Oxşar yazılar