Nurməhəmmədov UFC ilə yeni müqavilə imzalayıb

  • 11:40 - 05 İyun

Yüngül çəki dərəcəsində "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə imzalayıb.

Bu barədə idmançının meneceri Əli Əbdül Əzizə istinadən ESPN məlumat yayıb.

Bildirilir ki, müqavilə bir neçə qarşılaşma üçün nəzərdə tutulub. Sazişin digər təfərrüatları açıqlanmır. Sənəddə kanadalı Jorj Sen-Pyer UFC-yə qayıdacağı təqdirdə Nurməhəmmədovun onunla döyüşmə ehtimalının olmasına dair maddə yer alıb.

 

 

report


Oxunma sayı: 14256

Oxşar yazılar