"Qarabağ" klubu ispaniyalı hücumçu ilə anlaşıb

  • 19:28 - 04 İyun

"Qarabağ" klubu daha bir ispaniyalı futbolçu ilə anlaşma əldə edib. 

Bu barədə "Report"a klubun prezidenti Abdolbari Goozal məlumat verib.

Lakin A.Goozal həmin oyunçunun adını və mövqeyini açıqlamayıb. Onun sözlərinə görə, yeni transfer zəngin karyeraya malikdir. 

Öz növbəsində, klubun mətbuat katibi Nurlan İbrahimov bir neçə oyunçu ilə prinsipial anlaşma əldə etdiklərini, amma rəsmi müqavilə bağlanılmadığı üçün ad açıqlaya bilmədiklərini söyləyib: "Bizim prinsipimiz belədir ki, texniki cəhətdən problem yaranmaması üçün futbolçu ilə müqavilə bağlanmadan adını açıqlamağı düzgün saymırıq. Lakin deyə bilərəm ki, həmin oyunçu ön xətdə çıxış edir".   

Qeyd edək ki, hazırda "Qarabağ"da daha 2 ispaniyalı futbolçu forma geyinir. Bunlar yarımmüdafiəçi Miçel və Dani Kintanadır. 


Oxunma sayı: 6402

Oxşar yazılar