Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

  • 19:10 - 04 İyun

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə xalqı təbrik edib.

Avropa.info-nun məlumatına görə, Birinci vitse-prezident bu barədə özünün “Facebook” səhifəsində yazıb.

Təbrikdə deyilir: “Əziz həmvətənlər,

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin!”


Oxunma sayı: 6061

Oxşar yazılar