Masonik qlobal şəbəkənin 4 günlük böyük toplantısı : Dünyanın ən məxfi toplantısı sayılan “Bilderberg konfransı”na qatılan türklər

  • 13:46 - 04 İyun

Türkiyəli jurnalist Banu Avar dünyanın ən məxfi tədbirlərindən biri sayılan “Bilderberg konfransı” haqda maraqlı məqalə yazıb.

Avropa.info saytı Avarın “2019 Bilderberq konfransı və türk iştirakçılar” adlı yazısını təqdim edir:

“Mason “Bilderberq” klubu yenə yığışıb. Bu il İsveçrənin Montrö şəhərində keçirilən konfrans 2 iyunda başlanıb. Qlobal şəbəkə və məmurların işlərin yarayan 130 şəxsin toplandığı konfrans. 

Amerikalı qonaqlar arasında prezident Trampın kürəkəni Cared Kuşner, “Microsoft” idarə heyətinin sədri Satya Nadella, “Google”ın sabiq sədri, Pentaqon müşaviri Erik Şmit, “Paypal”ın milyarderi təsisçisi Piter Thiel və sabiq ABŞ dövlət katibi Henri Kissincer də var. 

Mövzular arasında Çin, Rusiya, Avropa, Breksit, süni intellekt, kosmos və kiber təhlükələr kimi məsələlər var. Ən diqqət çəkən mövzu isə “Kapitalizmin gələcəyi”dir. 

Türkiyədən bu il bu mason konfransında iştirak edənlərə gəlincə, Ömər Koç yenə dəvət edilənlər arasındadır. Kolumbiya universiteti məzunu Ömər Koç, Koç Holdinqin İdarə Heyətinin sədri Mustafa Koçun ölümünə qədər Tüpraş İdarə Heyətinin üzvü idi. Qlobal elitanın yaxından tanıdığı biri idi.

Ünal Çevikgöz – Pensiyada olan səfir. 27-ci çağırışda CHP-nin namizədi kimi İstanbuldan millət vəkili seçilib. Avropa Şurası Parlamentlər Məclisi türk qrupu nümayəndəsi  kimi 1994-də NATO-nun Moskvadakı informasiya şöbəsini açmaq vəzifəsi alıb. Buna uyğun olaraq NATO-Rusiya Təsis Sənədini hazırladı. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları hazırlamışdı. Hazırda CHP-dədir.

Əvrən Balta – Özyeğin Universitetində politologiya tədris edir. “Qlobal dialoqda Rusiya proqramı”nda  tədqiqatçı və Nyu-York Universiteti Beynəlxalq Münasibətlər ixtisası (2017-2018, Nyu-York, ABŞ) “Fuylbrayt” proqramında qonaq təhsil nümayəndəsi kimi iştirak edib.

Selva Dəmiralp – Koç Universitetində akademik. Kaliforniya Universitetində iqtisadiyyat üzrə təhsili və elmlər doktoru dərəcəsi var. 2000-2005-ci illərdə Feddə işləyib və Koç Universitetində dosent kimi işləyir.

Dəvət olunan digər qonaq Mətin Sitti də akademikdir. Maks Plank İnstitutunda direktor vəzifəsinə təyin edilən ilk türk adını daşıyır. Doktorluq dərəcəsini Tokio universitetində alıb.

Bilderberqçilər bu il beş şəxsi dəvət ediblər. Bilderberq adını heç eşitməyənlər üçün bu məlumatları qeyd edək:

Bu “Camaat” 1920-ci illərdən bəri dünyanın gələcəyini müəyyən etməyə cəhd göstərir. Qlobal şəbəkə dünya sərmayəsinin 65%-nə nəzarət edir və bütün ölkələrdə gizli gündəmlərini tətbiq etmək üçün “hörümçək torları” şəbəkəsi yaradır.

CFR (Xarici Əlaqələr Komissiyası), “Trileteral” və “Bilderberq” hər il məxfi toplantılarda dünyanın ən güclü 100 şəxsini bir araya yığır və hamımıza təsir edəcək qərarlar verir. 

“Bilderberq”in təsisçisi Hollandiya şahzadəsi Bernard və sosioloq  doktor Cozef İyeronim Retinqer olub. 

Retinqer “Bilderberq” qaydalarını başa salarkən Qərbin etik və mədəni dəyərlərini paylaşmağı və müdafiə etmək şərtləri qoymuşdu. İştirakçılar maliyyə baronları, biznesmenlər, siyasətçilər, ticarət təşkilatları və media nümayəndələrindən təşkil olunacaqdı.

““Bilderberq” əslində amerikan kapitalının və elitasının, MKİ-nin Avropa qoludur”. Bu mason təşkilatı ölkələrin taleyi ilə bağlı çox məxfi qərarlar verdiyindən Türkiyənin qədrinin də bu konfranslarda müəyyən edildiyi nəticəsi çıxarıla bilər” (“Dünyanı idarə edən məxfi təşkilatlar” – Erol Bilbilik) 

Türkiyəni uzun müddət idarə edən bir çox adam “Bilderberq” üzvü kimi qalır. 1950-ci illərdən sonra Türkiyənin bir çox daxili və xarici siyasi addımlarını türklər deyil, “Bilderberq”, CFR və “Trilateral” komissiyası üzvləri müəyyən etmişlər.

Selyman Dəmirəl prezidentliyə, Belənt Əcəvit və Məsud Yılmaz isə baş nazir postuna “Bilderberq” konfransından sonra seçilib.

Dərin dünya hadisələrinin şifrlərini istəyirsinizsə, “Bilderberq” konfransları və orada iştirak edənlərin bəyanatlarına baxın.

“Bilderberq”in Türkiyə kuratoru Henri Kissincer idi. Koç Holdinq idarə heyəti sədri Mustafa Koç ölümünə qədər hər konfransda iştirak etdi. Əli Babacan da uzun illər bu konfransların tələbəsi idi. CHP-dən Faik Öztrak və sabiq CHP millət vəkili prezident Gülün müşaviri Zeynəb Damla Gürəl də iştirak edib.

Avropa.info


Oxunma sayı: 8404

Oxşar yazılar