Şahin Mustafayev: “2 milyon yeni iş yeri açılıb”

  • 10:35 - 04 İyun

Azərbaycan iqtisadiyyatına 2004-2018 illərdə 260 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb.

APA -nın məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, qoyulmuş investisiyaların təxminən yarısı xarici sərmayənin payına düşür. İnvestisiyaların 60%-i qeyri-neft sektorunun inkişafına yönəldilib.

Nazir onu da qeyd edib ki, ötən dövr ərzində respublikada 2 mln. yeni iş yeri açılıb.


Oxunma sayı: 11847

Oxşar yazılar