Azərbaycan Mərkəzi Bankı ilə SECO arasında anlaşma memorandumu imzalanıb

  • 18:52 - 03 İyun

Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz əməkdaşlıq ofisinin regional direktor müavini Simonе Haberlini qəbul edib.  

Bu barədə Avropa.info-ya Mərkəzi Bankdan məlumat verilib. 

Görüş zamanı SECO-nun Azərbaycandakı fəaliyyəti, dəstək göstərdiyi layihələr, Azərbaycan Mərkəzi Bankı (AMB) və SECO arasında əməkdaşlığın nailiyyətləri və yeni perspektiv istiqamətləri müzakirə olunmuşdur. Xanım Haberli İsveçrənin 20 illik ikitərəfli texniki əməkdaşlığının Azərbaycanda uğurla davam olunmasına, həmçinin keçirdiyi tədbirlərə göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib. 

E.Rüstəmov eyni zamanda bildirdi ki, AMB artıq 20 ildir ki, SECO ilə müxtəlif layihələr çərçivəsində uğurlu əməkdaşlıq edir və bu əməkdaşlığı yüksək qiymətləndirir. 

Görüş zamanı AMB-nin 2012-ci ildən SECO ilə "Mərkəzi Banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması" proqramı (BCC I) çərçivəsində apardığı sıx əməkdaşlıq xüsusilə vurgulayıb. Proqramın birinci fazası çərçivəsində SECO tərəfindən Mərkəzi Banka inflyasiyanın proqnozlaşdırılması, faiz siyasətinin transmissiyası, maliyyə sabitliyi, məzənnə siyasəti və monetar iqtisadiyyat, real sektorun əhatəli monitorinq sisteminin yaradılması istiqamətlərində texniki yardım göstərilmişdir. E.Rüstəmov qlobal iqtisadi mühit və yeni çağırışlar fonunda AMB qarşısında duran vəzifələrin uğurla reallaşması üçün SECO ilə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini və əhəmiyyətini qeyd edib. 

Bundan sonra Mərkəzi Bankın SECO ilə "Mərkəzi banklar üçün ikitərəfli yardım və bacarıqların artırılması" əməkdaşlıq proqramının 2019-2022-ci illəri əhatə edəcək ikinci fazası (BCC II) çərçivəsində göstəriləcək texniki yardım məsələləri müzakirə olundu. Proqram çərçivəsində icraçı agentlik olan “Geneva Graduate İnstitute” tərəfindən pul siyasətinin təhlili və implementasiyası, makroiqtisadi statistika və proqnozlaşdırma və digər istiqamətlərdə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Görüşün sonunda AMB və SECO arasında BCC II Proqramının ikinci fazasının implementasiyası ilə bağlı anlaşma memorandumu imzalanıb.   


Oxunma sayı: 5731

Oxşar yazılar