6 yaşlı idmançı soydaşımız Torontoda gümüş medal qazanıb

  • 17:12 - 03 İyun

İyunun 2-də Kanadanın Toronto şəhərində keçirilən Dostluq turnirində (Friednship Tournament) kiçik yaşlı soydaşımız Məhəmməd Səid gümüş medala layiq görülüb.

Avropa.info diaspor.gov.az-a istinadən xəbər verir ki, yarışı Con Lo Beynəlxalq Taekvando Məktəbi (John Lau International School of TaeKwon-Do) təşkil edib. M.Səid 6 yaşlı idmançıların daxil olduğu qrup üzrə yüksək nəticə göstərərək, ikinci yerə çıxıb.

Con Lo Beynəlxalq Taekvando Məktəbi 1984-cü ildə təsis olunub.


Oxunma sayı: 6391

Oxşar yazılar