Məşhur boksçu ilk dəfə məğlub oldu

  • 15:36 - 03 İyun

IBF (Beynəlxalq Boks Federasiyası), WBO (Dünya Boks Təşkilatı) və WBA (Dünya Boks Assosiasiyası) çempionu titullarının sahibi Entoni Joşua peşəkar boksçu karyerasında ilk dəfə məğlub olub.

ABŞ-ın Nyu-York şəhərində keçirilən qarşılaşmada Meksika boksçusu Andi Ruis ingiltərəli rəqibini dörd dəfə noqdauna göndərib. Hakimlər yeddinci raundda oyunu dayandıraraq meksikalı boksçunu qalib elan ediblər.

Qarşılaşmadan sonra 29 yaşlı döyüşçü bildirib: “Məni dəstəkləyənlərin hər birinə minnətdarlığımı bildirirəm. Bu məğlubiyyətə haqq qazandırmaq mümkün deyil. Rəqib əla zərbələr endirirdi. Ruisi qələbə münasibətilə təbrik edirəm. Amma biz yenidən döyüşməliyik”.(AZƏRTAC)


Oxunma sayı: 7172

Oxşar yazılar