Türkiyə öz tarixinin ixracat rekorduna imza atdı

  • 12:43 - 03 İyun

Türkiyə ticarət naziri Ruhsar Pekcan may ayı üçün ixracat rəqəmlərini açıqlayıb.

Avropa.info xəbər verir ki, may ayında keçən ilə müqayisədə ixracat 11,46% artaraq 16,8 milyard dollar olub. Beləliklə, Türkiyə öz tarixinin ixracat rekorduna imza atıb. İdxalat isə 19,85% azalaraq 18,6 milyard dollar olub.

Nazir 2019-cu ilin ilk 5 ayında ixracatın 5,37% artaraq 76,6 milyard dollar olduğunu bildirib. Ticarət dövriyyəsindəki kəsr isə 1 milyard 774 milyon dollaradək enib. 


Oxunma sayı: 9108

Oxşar yazılar