Həbib Nurməhəmmədov növbəti döyüş üçün hazırlığa başladı

  • 12:15 - 03 İyun

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov növbəti döyüş üçün hazırlıqlara başlayıb.

Avropa.info xəbər verir ki, bu barədə idmançının atası Əbdülmanap Nurməhəmmədov məlumat verib. Həbibin atası daha əvvəl mümkün rəqiblər arasında irland Konor Makqreqor, yaxud amerikalı Toni Ferqüssonun ola biləcəyini demişdi.

“Həbbib artıq hazırlığa başlayıb, o, yaxşı fiziki hazırlıq keçib. O ki, qaldı ABŞ-a səfərə bu məsələ hələ həll edilməyib. Ona orada hazırlaşmaq üçün 45 gün lazımdır” – Əbdülmanap Nurməhəmmədov belə deyib.

Qeyd edək ki, Nurməhəmmədovun UFC çərçivəsində növbəti döyüşü 7 sentyabrda Əbu-Dabidə keçiriləcək. Dağıstanlı idmançının hesabında 27 qələbə və heç bir məğlubiyyət yoxdur.


Oxunma sayı: 23364

Oxşar yazılar