Nüfuzlu saytlar azərbaycanlı idmançının qələbəsindən yazıb – Foto

  • 11:59 - 03 İyun

 Londonda təşkil edilən idman tədbiri çox yüksək səviyyədə başa vurulub. 

Bu barədə Avropa.info-ya keçmiş kikboks çempionu, “Kavkaz Combat Promotions” rəhbəri Hafiz Baxşəliyev məlumat verib. 

“Döyüş kartımızda Britaniyadan və Avropadan bir neçə öz ölkələrinin bir nömrəli və ilk onluqda olan idmançıları iştirak edirdi. Bu da döyüşlərin necə yüksək səviyyədə olmasını göstərir və tamaşaçıların da tədbirimizdən həzz aldığı onların həyəcanından bəlli olurdu. Bu yarışda azərbaycanlı kikboksçu Elxan Əliyev böyük ustalıq göstərərək İngilis rəqibi Nathan Epps - i ilk 45-ci saniyədə nokautla məğlub etdi. Bu, Elxanın King of Kings kickboxing döyüş seriyalarında üçüncü döyüşü və üçüncü qələbəsi oldu. Bundan əvvəlki döyüşlərdə də Elxan rəqiblərini ilk round da nokaut etmişdi. Bizim üçün fərəhli haldır ki, Amerikada yerləşən "Kikiboksinq" mətbuatı və "FightBox" televiziyası bizim yarışa diqqət ayırıb və Elxanın döyüş sonrası müsahibəsinə yer veriblər. Elxan bildirib ki, artıq o 71 kg çəkidə KOK çempionu, litvalı Henrikas Viksraitis ilə dünya çempionu titulu uğrunda mübarizəyə hazırdır. Bu barədə artıq mən də KOK təşkilatına müraciət etmişəm. Böyük ehtimalla Elxan ilk əvvəl bu ilin noyabr ayı Londonda Avropa titulu uğrunda döyüşəcək”, -deyə o qeyd edib. 

Elnur Eltürk

 


Oxunma sayı: 8019

Oxşar yazılar