Brayn Uirli: "Bakı rahatdı, Madrid cəhənnəm oldu..." - Foto

  • 23:50 - 02 İyun

İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli bu gün səhər saatlarında BBC-yə verdiyi açıqlamasında belə deyib:

“Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Madrid əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdı. Mən və İngiltərədən “Çelsi”-“Arsenal” matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarşılaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”.

Musavat.com qeyd edir ki, ÇL -nin Madrid finalından sonra dünya mediası Bakı ilə İspaniyanın bu məşhur şəhərinin durmadan müqayisəsini aparır. UEFA Avropa Liqasının Bakı finalı o dərəcədə yüksək səviyyədə təşkil olunmuşdu ki, ondan gələn analoji futbol teatrları hələ uzun müddət kölgədə qalacaq.

 

 

 


Oxunma sayı: 6974

Oxşar yazılar